Həkim Axtarışı

Ultrasonaqrafiya

Ultrasəs aparatının iş prinsipi – Səs dalğaları olduğuna görə bütün insanlar, həmçinin hamilələrdə və yeni doğulan körpələrdə istifadəsi zərərsizdir. Ultrasəs müayinəsi qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalaxanabənzər vəzinin müayinəsi, damarların rəngli doppleri, hamilələrdə dölün inkişafı, fetoplasentar qan dövranı barədə dəqiq informasiya verir.
Medika Hospitalda ultrasəslə müayinə kabineti tibbin ən son metodları ilə təchiz olunub. Klinakada tətbiq edilən 4D rejimli unikal, funksional “VOLUSON S8” ultrasəs aparatı dölün inkişafı ilə bağlı dəqiq və ətraflı məlumat əldə etmək imkanı yaradır. Yəni, bu aparatla aparılan müayinə zamanı dölün xarici görünüşündəki çatışmazlıqlar, ətrafların deformasiyası, barmaqların sayı, dovşandodaqlıq, qurdağızlıq, eyni zamanda beyindəki qüsurlar aşkar edilir. 4D rejimli aparat təkcə anaların sağlamlığına deyil, körpələrin sağlam doğulmasına da zəmanət verən əvəzsiz müayinə metodudur.

ultrasnoqraf

Doppleroqrafiya:
Bu metodun iş prinsipi doppler effektinə əsaslanır. Əks olunan siqnalların tezliyi qan dövranının sürətinə proporsional olaraq dəyişilir. Doppleroqrafiya qan-damar sisteminin müxtəlif hissələrində qan dövranının vəziyyəti barədə dəqiq informasiya verir, arterial və venoz sistemdə əmələ gələn patologiyaları aşkar edir. Damarlarda əmələ gələn stenozun dəqiq lokalizasiyasını göstərir. Hamiləlik vaxtı dopplertoqrafiya vasitəsi ilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barədə dəqiq informasiya almaq olar. Döldə olan ürək qüsurlarını vaxtında aşkarlamaq üçün doppleroqrafiya əvəzsiz bir metoddur.
• Klinkamızda doppleroqrafiya bir neçə rejimdə həyata keçirilir:
• Rəngli rejim, yüksək sürətli rəngli və energetik (o cümlədən iki istiqamətli) doppleroqrafiya.
• Toxuma doppleroqrafiyası rejimi.
• Fasiləsiz dalğalı doppleroqrafiya rejimi.
• Dupleks və tripleks variantlı impuls dalğalı doppleroqrafiya rejimi.

Medika Hospitalda aşağıdakı orqan və sistemlərin USM-i aparılır:
• Qarın boşluğu orqanları
• Sidik-ifrazat sistemi orqanları
• Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri.
• Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal)
• Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pankreas
Ağız suyu vəziləri, limfa düyünləri, yumşaq toxumalar
• Dölün USM-i
• Dölün 3D/4D USM-i (Cd diskə yazılması)

Doppleroqrafiya
Yuxu arteriyalarının, vertebral arteriyaların – Ekstrakranial doppler, qarın aortası və onun şaxələri, yuxarı və aşağı ətraf arteriyaları və venaların doppleroqrafiyası.
Ultrasəs – səs dalğalarından faydalanaraq görüntü əldə edən bir sistemdir. Burdakı səs dalğaları yüksək frekanslı və insan qulağının eşitməyəcəyi səs dalğalarıdır. Ultrasəsin iş prinsipi səs dalğalarının fərqli toxuma və orqanlardan fərqli şəkildə əks olunma xüsusiyyətinə dayanır. Ultrasəs-tibbin bütün sahələrində istifadə olunan çox faydalı bir görüntüləmə metodudur.