Həkim Axtarışı

Rentgenologiya

Kompüter tomoqrafiyası və Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri

 

Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir.
Multislays spiral kompüter tomoqrafiyası bir neçə saniyə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davam etmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılıb.
1414860745__x0a1349

Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri

 

Müayinənin yüksək sürəti və təkmilləşdirilmiş detektorların sayəsində digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 10 dəfəyə qədər azaldır.
Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur.

1414860869__x0a1365
3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır. Buna əsasən virtual endoskopik müayinələr – kolonskopiya, bronxoskopiya, damarların 3 ölçülü rekonstruksiyalı kontrast angioqrafiyası və s.
Müayinənin nəticələrini rentgen plyonkası, rəngli fotoşəkillər və ya CD diskdə elektron formasında əldə etmək olar.
1414860979__x0a1354

Medika Hospitalda Amerika istehsalı olan General Elektrik rəqəmsal rentgen fəaliyyət göstərir

 Bu rəqəmsal rentgen aparatının köməyi ilə yüksək keyfiyyətli rentgen şəkilləri əldə etmək olur. Digər aparatlardan üstünlükləri pasientlərə verilən şüa yükünü qat-qat azaldır və ən kiçik patoloji dəyişiklikləri daha dəqiqliyi ilə müəyyən etmək olur.
Bu aparatın köməyi ilə rentgen müayinələri həm qrafik olaraq həm də skopik video görüntü vasitəsi ilə yaddaş diklərinə və rentgen filmlərinə köçürmək olur. Aparatın masa hissəsinin və rentgen borusunun müxtəlif istiqamətlərdə hərəkəti mümkündür.
1414859756__x0a1381 1414859976__x0a1370 1414860087__x0a1394