Həkim Axtarışı

Qastroenterologiya

Qastroenterologiya – tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir. Xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit, xroniki virus hepatitlərinin geniş yayılması qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri edib.
Medika Hospitalın Qastroenterologiya bölümü ən müasir diaqnostik qastroentroloji avadanlıqlarla təhciz olunub. Mədə bağırsaq sisteminin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostikası, müalicəsi və profilaktikası, xarici ölkələrdə təhsil almış və yerli qastroentroloji mütəxəssisləri tərəfindən aparılır.