
Musayev Xosaxan Ataxan oglu 1949-cu ildə Lerik rayonunda anadan olmuşdur.
1976-cı ildə Tibb Universitetinin mualicə-profilaktika fakultəsini bitirmşdir.
1977-1979 – cu illərdə 12 saylı Birləşmiş Xəstəxanada rentgenoloq işləmişdir.
1978-ci ildə rentgenologiya üzrə 5 aylıq ixtisaslaşma kursu keçmişdir.
1979-1981-ci illərdə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun Rentgenologiya kafedrasında klinik ordinatura keçmişdir. 1989-cu ilə qədər həmin kafedrada rentgen-qasroenterologiya üzrə assisent işəmişdir.
Sonra 20 il Respublika Diaqnostika Mərkəzində rentgenoloq işləmişdir.
2008-ci ildən 2013-cü ilə qədər müxtəlif özəl klinikalarda işləmişdir.
2013-cü ildən etibarən Medika Hospitalda işləyir.
Müxtəlif rentgenoloji cihazlarla işləmişdir.Mədə-bagırsaq yolunun kontraslı rentgen-videoqrafiya tədqiqatları,döş qəfəsi üzvlərinin rentgen tədqiqatları,sümük və oynaqların rentgen tədqiqatları,sidik ayırıcı yollarının rentgen tədqiqatları,onurga sütununun ,kəllənin. burunətrafı ciblərin və digər orqanların rentgen tədqiqatlarını aparır.