
Quvalov Şakir İslam oglu 1984-cü ildə Tibb Universitetinin Müalicə profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1985-ci ildə internaturanı E.Əfəndiyev adına 2 nömrəli xəstəxananın cərrahiyyə kaderasında ümumi cərrahiyyə üzrə keçmişdir.
1986-1991-ci illərdə Gürcüstan Respublikasında Tbilisi şəhərində ve Dumanisi rayon mərkəzi xəstəxanasında Lor cərrah işləmişdir.
1987-ci ildə Lor üzrə ixtisaslaşmanı Akademik C.N. Xeçinaşvilinin klinikasında keçerek Lor üzrə sertifikat almışdır.
1991-1993-cü illərdə Azərbaycan Tibb Universitetinin otorinolorinqologiya kafedrasında kliniki ordinator olmuşdur.
1993-cü ildən sonra hemin kafedranın assisenti, tədris hissə müdiri işləmişdir.
2003-cü ildən Tibb Elmlər Namizədidir. 3 dəfə Milan, Roma, Münxen , Antalya və Ankara şəhərlərində rinoplastika üzrə kurslarda və konfranslarda olmuş sertifikatlar və diplomlar almışdır.
Hal-hazırda Medika Hospitalda işləyir.