Həkim Axtarışı

Mehriban Məlikova

Mehriban Məlikova

Mehriban Dursun qızı Məlikova 1992-1998-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsini bitirib. 1998-2000-ci illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardm xəstəxanası bazasında 1-ci cərrahi xəstəliklər kafedrasında cərrahiyyə üzrə klinik ordinatura keçib.
2009-cu ildə Piraqov adına Milli Cərrahiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən Həkimləri Təkmilləşdirmə İnstitutun, Akademik E.F.Kiranın başçılıq etdiyi Ginekologiya kafedrasında 3 aylıq kurs keçib, 500-ə yaxın ginekoloji və laporoskopik əməliyyatlarda iştirak edib, müvafiq sertifikat alıb.
2000-2014-cü illər ərzində ümumi cərrahiyyənin müxtəlif sahələri üzrə Bakı şəhərində keçirilən 1-ci Respublika və 2-ci Beynəlxalq əhəmiyyətli elmi-praktik konfranslarda iştirak edib.

1998-2000-ci illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardm xəstəxanası bazasında 1-ci cərrahi xəstəliklər kafedrasında cərrahiyyə üzrə klinik ordinatura keçərək professor Nuru Bayramovun başçılığı altında “Qara ciyər cərrahiyyəsi” üzrə mövzularda 4 elmi məqalə hazırlayıb.

Göstərdiyi xidmətlər:
Ümümi cərrahi və qinekoloji əməliyyatlar açıq, laparoskopik, histeroskopiya, histerorezektoskopiya kimi praktik təcrübələrə yiyələnib.
Son 6-7 ildə 1500-ə yaxın (müxtəlif ginekoloji, proktoloji, yırtıqların plastikası, abdominoplastika, öd kisəsi, tiroid vəzi, fleboektomiya və s.) cərrahi əməliyyatlar həyata keçirib.

İndiyədək çalışdığı tibb müəssisələri:
1. 2003-2005-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi poliklinikasında,
2. 2005-2007-ci illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarının Hərbi Hospitalında,
3. 2007-2012-ci illərdə Diaqnoz Tibb mərkəzində, Baki Medikal Plazada,
4. 2012-2014-cü illərdə Turan Klinikasında həkim-cərrah kimi fəaliyyət göstərib.
5. Hazırda Medika Hospitalda calışır.

departament: Medika Hospital
bölmə: Ümumi Cərrah
vəzifə: Ümumi cərrah