Həkim Axtarışı

Məhəbbət Paşayeva

Məhəbbət Paşayeva

Məhəbbət Sabir qızı Paşayeva 1974-cü ildə 16 yaşında ikən Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 1980-ci ildə həmin fakültəni bitirib. 1981-1985-ci illərdə Tərtər Mərkəzi rayon xəstəxanasında həkim terapevt, 1985-1992-ci ilədək həmin xəstəxanada Baş həkimin müalicə işləri üzrə müavini, 1992-2008-ci ilədək Tərtər MRX-nın Baş həkimi vəzifəsində çalışıb. Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda Tərtər-Ağdərə bölgəsində gedən qanlı döyüşlərdə iştirak edib. Yaralı əsgərlərimizin döyüş bölgələrindən cixarılmasında, onlara ilkin tibbi yardım göstərilməsində, yaralıların aidiyyatı hərbi hospitallara evakuasiya olunmasında, şəhid olan əsgərlərin döyüş bölgəsindən cıxarılaraq öz ünvanlarina catdırılmasında bütün qüvvə və bacarığını sərf edib. Qarabağ müharibəsi veteranıdır. Tibbi xidmət üzrə ehtiyyatda olan baş leytenantdır.

2008-ci ildən indiyədək müxtəlif özəl klinikalarda baş həkim, həkim terapevt kimi çalışıb.

Göstərdiyi xidmətlər:
1. Həkimlik fəaliyyətində dərman müalicəsilə yanaşı hirudoterapiya (zəli müalicəsi) ilə də məşğul olur.
2. Ürək-damar xəstəliklərinin, həzm orqanlarının xüsusilə qara ciyər, böyrək və sidik yolları xəstəliklərinin müalicəsində xalq təbabətinə daha cox üstünlük verir. Bir sıra xalq təbabəti üsulu ilə dərman pereparatlarını özü hazirlayır.

Hazırda Medika Hospitalda həkim terapevt ixtisası üzrə çalışır.

departament: Medika Hospital
bölmə: Həkim - terapevt