Həkim Axtarışı

Elxan Allahverdiyev

Elxan Allahverdiyev

Elxan Allahşükür oğlu Allahverdiyev 1995-2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alib. 2001-2002-ci ildə Bakı ş. 1 saylı Dəri Zöhrəvi Dispanserində dermatologiya ixtisası üzrə internatura keçib.
2002-ci ildən başlayaraq Azərbaycanda keçirilən uroloji seminar və kurslara qatilıb, sertifikatlar alıb. 2012-ci ildə Türkiyənin İzmir şəhərində “Sifa” Hastanesində androloji kurs, 2013-cü ildə Türkiyənin İstanbul şəhərindəki Marmara Universitetində androloji kurslarda iştirak edib və sertifikatlar alıb.

Göstərdiyi xidmətlər:
1. Spesifik və qeyri spesifik bakterial prostatitlər;
2. Erektil disfunksiyalar;
3. Kişi sonsuzluqları;
4. Bütün zöhrəvi xəstəliklər.

Müalicə zamani istifadə olunan uroloji fizioterapevtik aparatlar:
1. MATRİKS-UROLOQ;
2. VAAKUM MASSAJI;
3. RİKTA-LAZER müayinəsi.

Hazırda Medika Hospitalda Baş həkimin müavini, həkim uroloq-androloq işləyir.

departament: Medika Hospital
bölmə: Uroloq-Androloq