Həkim Axtarışı

Aysel Şirinova

Aysel Şirinova

Aysel Nağı qızı Şirinova 2002-2007-ci ildə Naxçıvan Dövlət Universitetinin Pediatriya fakültəsini bitirib. 2007-2008-ci ildə Naxçıvan MR Mərkəzi Xəstəxanasında USM ixtisası üzrə internatura, 2009-20012-ci illərdə Naxcıvan MR Mərkəzi Rayon Xəstəxanasında USM üzrə həkim işləyib.
Türkiyənin “Atatürk ad. Egitim və araşdırma Hastanesi”də Ekstrakranial doppler və damarların rəngli doppleri tsikli üzrə, ümumi USM və kiçk çanaq üzvlərinin USM tsikli üzrə, Həkimlərin Təkmilləşdirmə İnstitutunda “Şüa diaqnostikası üzrə” kurslar keçib və müvafiq sertifikatlar alıb.
2013-cü ildən Medika Hospitalda çalışır.

Göstərdiyi xidmətlər:
-Dölün rəngli doppler müayinəsi. Hamiləlik müayinəsinin 4D görüntülənməsi və CD diskə yazılması;
-Qarın boşluğu orqanlarının USM-i;
-Kicik canaq oynaqlarının USM-i;
-Qalxanvari vəzin USM-i;
-Süd vəzilərinin USM-i;
-Yumşaq toxumaların patologiyasında ultrasəs müayinəsi;
-Damarların rəngli doppleri;
-Ekstrakranial doppler;
-Yuxarı və aşağı ətraf arteriya və venaların rəngli dopler müayinəsi;
-Neyrosonoqrafiya;
-Timus müayinəsi;

Müayinələr VOLUSON S8 cihazında aparılır.

departament: Medika Hospital
bölmə: Həkim-funksionalist (USM)
vəzifə: Həkim-funksionalist (USM)
dərəcə: Həkim-funksionalist (USM)