Həkim Axtarışı

Aynurə Hacıyeva

Aynurə Hacıyeva

Aynurə Vaqif qızı Hacıyeva 1998-2004-cü illərdə ATU-nin II Müalicə-profilaktika fakültəsində təhsil alıb.
2004-2005-ci illərdə Akademik Zərifə Əliyeva adına AzETGXİ-da internatura keçib.
2008 və 2013-cü illərdə Akademik Zərifə Əliyeva adına MOM-də Oftalmologiya ixtisası üzrə təkmilləşdirmə kursları keçib.
2006-2014-cü illərdə 14 saylı Şəhər Poliklinikasında, 2009-2014-cü illərdə “PLATON MEDİCAL” tibb mərkəzində, 2014-cü ildən 22 saylı BŞX-da həkim oftalmoloq kimi çalışır.

Hazırda Medika Hospitalda həkim oftalmoloq vəzifəsində işləyir. Bir çox göz xəstəliklərinin:
konyuktivit,
keratit,
katarakta (mirvari suyu),
qlaukoma – el arasında qara su adlanır,
diabetik retinopatiyalar,
tor qişa xəstəlikləri,
refraksiya pozgunluqları (yaxın gormə, hipermetropiya, astiqmatizm)
və s. xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşgul olur.
Medika Hospitalın oftalmologiya kabineti ən müasir tibbi avadanlıqlarla təchiz olunub, göz xəstəliklərinin dəqiq diaqnostikası və müalicəsini həyata keçirmək mümkündür.
Medika Hospitalda həyata keçirilən müayinələr:
1.Vizometriya
2. Binokulyar görmə, çəplik bucagı, rəng duygusunun təyini
3. Gözün biomikraoskopiyası
4. Kontaksız tonometriya (göz təzyiqinin kontaktsız yoxlanması)
5. Göz dibinin müayinəsi
6. Avtorefraktometriya

departament: Medika Hospital
bölmə: Oftalmoloq
vəzifə: Oftalmoloq