Həkim Axtarışı

Uşaqlıq çapığı

Uşaqlıq çapığı

Uşaqlığın çapığı— uşaqlıq divarının histoloji baxımdan dəyişilmiş sahəsi olub, cərrahi və diaqnostik müdaxilələr zamanı onun zədələnmələrı və ya travmalarından sonra formalaşır. Hamilə olmayan qadınlarda klinik olaraq təzahür etmir. Hestasiya və doğuş zamanı müvafiq simptomatikalı cırılmalarla ağırlaşa bilər. Çapıq toxumasının vəziyyətini qiymətləndirmək üçün histeroqrafiya, histeroskopiya, çanaq orqanlarının USM-dən istifadə edilir. Cırılma riski olduqda dölün vəziyyəti müşahidə altına alınır, KTQ, uşaqlıq-plasentar qan dövranının dopppleroqrafiyası, dölün USM məsləhət görülür. Patologiya zamanı heç bir müalicə tələb olunmur, lakin o, doğuş üsulunun seçilməsinə təsir edən əsas amillərdən sayılır👩‍⚕️

Ginekoloq Nəzakət Hacızadə