Həkim Axtarışı

Suyun faydaları

Suyun faydaları

3

Orqanizmdə kifayət miqdarda suyun olması sağlam həyat tərzi üçün əsas şərtlərdən biridir. Su bədən temperaturunu tənzimləyir, dərinin elastikliyini qoruyur. Su normal həzm prosesi üçün zəruridir. Maddələr mübadiləsində iştirak edən bu unikal maye piy toplanmasının qarşısını almağa və çəkini azaltmağa imkan verir. Arıqlamaq istəyən bəziləri düşünürlər ki, onların orqanizmləri suyu saxlayır və bu səbəbdən də az su içməyə çalışırlar. Halbuki su təbii sidikqovucu vasitədir. Buna görə də çox su içilməsi arıqlamağa kömək edir. Arıqlamaq istəyən hər bir kəs aclıq hiss edəndə yeməyə girişmək əvəzinə su içməklə iştahasını küsdürə bilər və yüksək kalorili yemək yeməz.
Fransız xanımları qədd-qamətlərini qoruyub saxlamaq üçün gün ərzində az-az mineral su içirlər.

haqqimizda (3)

Kifayət qədər su içmədikdə dəri quruyur və tərləmə azalır. Bədənin istilik tarazlığını qoruya bilməməsi, dəri rahatlığını itirir.Belə hallarda xüsusilə göbələk xəstəliyi tez-tez müşahidə edilir, dırnaqlar və saçlar qırılır, dəri çatlaması və qanaxma görülür. Su dərinin nəmlənməsində, toksitlərin atılmasında ve orqanizmin zərərli maddələrdən təmizlənməsində mühüm rol oynayır.

Bədənin nəzarət mərkəzi olan beyin də sağlam çalışmaq üçün suya ehtiyac duyur. Uzun müddət susuz qaldıqda unutqanlıq, diqqət əksikliyi,əsəbilik,yuxusuzluq kimi hallar özünü göstərməyə başlayır.Su sağlam zehni fəaliyyətlər üçün vacibdir.

2

İdman etdiyiniz zaman sağlam olmaq üçün balanslı pəhriz, müntəzəm bir yuxu və içmək üçün kifayət qədər su lazımdır. Bədənin əzələ kütləsi artdıqca, su ehtiyacı artır. İdmandan əvvəl və sonra, su içmək əzələ sancıları üçün çox təsirlidir. Ekspertlər məşq zamanı suyu birdən birə deyil yavaş-yavaş içməyi məsləhət görürlər.