Həkim Axtarışı

Qazilərimizə qayğı

Qazilərimizə qayğı

Hörmətli kollektivimiz!
Medika ailesi oz ənənəsinə sadiq qalaraq 44 günlük 2-ci Qarabağ müharibəsində də, səfərbər olmuş, klinikamızın cərrahlari, travmatoloq həkimimiz ve.s ayrı-ayrı hospitallara ezam olunaraq yüzlərlə ağır yaralıları təmənnasız əməliyyat edərək həyata qaytarışlar.
Hətta ayrı-ayrı döyüş bölgələrində yaralanan 3 nefer yaralının bütün əməliyyat xərclərini klinika rəhbərliyi öz üzərinə götürərək, onların əməliyyatlarını tam təmənnasız həyata keçirmişlər.
4 avqust 2021-ci ildə qazimiz Muradov Orxan Fazil oğlu klinikamıza daxil olaraq, sol aşıq baldır sümüyünün ilizarov aparatı vasitesilə osteosintezi əməliyyatını keçirmişdir.Əməliyyat tam təmənnasiz olaraq çox dəyərli travmatoloq Emil Kazım tərəfindən aparılmışdır.
07.08.2021 ci ildə Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseyinli, millət vəkili İlham Məmmədov ve klinikamızın rəhbəri Vüqar Tarquliyevlə birgə qazimizin səhhəti ilə maraqlanmış ve klinikamizda qazilərə göstərilən təmənnasiz tibbi xidmətlərlə bağlı V.Tarquliyevə təşəkkür etmişlər!

WhatsApp Image 2021-08-08 at 15.34.52 (1)