Həkim Axtarışı

İynəbatırma ilə müalicə

İynəbatırma ilə müalicə

İynəbatırma ilə müalicə – bədəndə olan müəyyən bioloji aktiv nöqtələri iynələmək yolu ilə müalicə metodudur. Bu müalicə metodu təbabətin əsas devizi olan “xəstəlik deyil, xəstə müalicə olunmalıdir”, prinsipinə əsaslanan qədim Çin təbabətindən gəlir.

1416243701_iynebatirma

Pediatriyada akupunkturanın muxtəlif növlərindən istifadə olunur: nöqtəvi massaj, akupressura, moksaterapiya, mikroiynəbatırma və klassik iynəbatırma.
Uşaqlar bir tərəfdən sinir sisteminin morfofunksional yetişməzliyinə görə zədələyici təsirlərə çox həssasdır. Digər tərəfdən uşaqların yüksək kompensator və regenerator imkanları var ki, bu da müalicənin effektini artırır. Uşaqlarda iynəbatırmanın çətinliyi də ondadır ki, onlarda prosesdən əvvəl təbii qorxu, həyəcan olur. Əgər uşaqda həkimə inam hissi, sağalmaq istəyi olarsa, bunu da aradan qaldırmaq olar. 2 yaşdan böyük uşaqlara iynəbatırma müalicəsi etmək olar. İynəbatırmanı medikamentoz müalicə ilə yanaşı da etmək mümkündür.

1416243959_iynebatirma-ushaq

Uşaqlarda iynəbatırmaya göstərişlər bunlardır:

-mərkəzi və periferik sinir sisteminin travmatik xəstəlikləri
-uşaq serebral iflici
-baş agrıları
-nevrozlar (enurez, gecə qorxuları, tiklər).

Nevroloq: Siddiqə Süleymanova