Həkim Axtarışı

Haqqımızda

haqqimizda (2)

Səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması cənab Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olmuşdur. Bu sahədə aparılan işlərə uyğun olaraq hazırda ölkəmizdə 500-ə yaxın özəl tibbi müəssisə fəaliyyət göstərir, belə müəssisələrdən biri də işində tam peşəkar və tibb sahəsində ixtisaslaşmış mütəxəssis heyyəti ilə fərqlənən Medika hospitaldır.
2013-cü ildən fəaliyyətə başladığımız ilk gündən etibarən əsas məqsədimiz gördüyümüz işi layiqincə yerinə yetirmək, xalqımızı həm sərfəli, həm də keyfiyyətli xidmətlə təmin etməkdir. Bu məqsəd bizə gələcək illərdə də fəaliyyətimizi məhz bu yolla davam etdirməyə stimul verir. Müştərilərimizin bizim dəyərlər sistemimizə, məqsəd və bacarığımıza, bir sözlə klinikamıza inam və etimadı əldə etdiyimiz uğurlarda və bugünkü Medika-nın formalaşmasında mühüm rol oynamışdır. Bu inamı doğrultmaq üçün bundan sonrakı fəaliyyətimizdə də əlimizdən gələni ən yaxşı şəkildə həyata keçirməyə çalışacağıq.